Son dəqiqə

Avropa İttifaqı Rusiya

Aİ məcburi hərbi çağırışın tətbiq olunmasını müzakirə edir - KİV

Bakı, TurkicWorld

Bir çox Avropa ölkələri Rusiya ilə münasibətlərdə gərginliyin artması fonunda hərbi xidmətə məcburi çağırışı bərpa edib və ya bərpa etməyi gözdən keçirir.

TurkicWorld xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat verib.

Telekanalın məlumatına görə, Avropa ölkələrinin bir qismi, o cümlədən Latviya və Norveç artıq məcburi çağırış praktikasına qayıdıb, Almaniyanın müdafiə naziri Boris Pistorius isə iyun ayında könüllü hərbi xidmətin tətbiq olunmasına dair təşəbbüs irəli sürüb.

Bundan başqa bildirilib ki, İsveç 2025-ci ildə çağırışçıların sayını 8 minə çatdırmağı planlaşdırır. Finlandiya isə 900 min nəfərlik yetərincə böyük hərbi ehtiyata malikdir.

Mövzuya görə xəbərlər