ABŞ Donald Tramp İlon Mask

Mask ABŞ prezidentliyinə namizədlər üçün yaş məhdudiyyəti qoymağı təklif edib

Bakı, TurkicWorld

İlon Mask ABŞ prezidentliyinə namizədlər üçün yaş məhdudiyyəti qoymağı təklif edib.

TurkicWorld -in məlumatına görə, bu barədə amerikalı sahibkar İ.Mask "X" sosial şəbəkəsində yazıb.

"Prezident üçün maksimum yaş həddi olmalıdır", - deyə o bildirib.

81 yaşlı C.Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir. Onun yaşına görə yenidən seçilib-seçilməməsi ilə bağlı mübahisələr həm Respublikaçılar, həm də Demokratlar arasında intensivləşir. Bəzi partiya üzvləri açıq şəkildə C.Baydeni seçki kampaniyasında sonrakı iştirakdan imtina etməyə çağırırlar.

Mövzuya görə xəbərlər