Son dəqiqə

ABŞ Co Bayden Donald Tramp İlon Mask

Bayden Maskı seçkiləri satın almağa çalışmaqda ittiham edib

Bakı, TurkicWorld

ABŞ prezidenti Co Bayden sahibkar İlon Maskı bu ilin noyabrında keçiriləcək prezident seçkilərinin nəticələrini satın almağa çalışmaqda ittiham edib.

TurkicWorld xəbər verir ki, Bayden bu barədə özünün "X" səhifəsində paylaşım edib.

"İlon Mask və onun zəngin dostlarının bu seçkiləri satın almağa çalışmasından təngə gəldim", - deyə ABŞ prezidenti yazıb.

Qeyd edək ki, İlon Mask mart ayında bildirib ki, ABŞ-də hakimiyyətə Respublikaçılar Partiyası gəlməlidir, əks təqdirdə ölkənin sonu ola bilər.

Bir neçə gün əvvəl isə İlon Maskın ABŞ-nin keçmiş prezidenti Donald Trampı prezidentlik kampaniyası çərçivəsində dəstəkləyən yeni siyasi komitəyə ayda təxminən 45 milyon dollar verəcəyi haqqında məlumat yayılıb.

Mövzuya görə xəbərlər