Bakı, TurkicWorld
İlon Mask ABŞ-ın keçmiş lideri Donald Trampı prezidentlik kampaniyası çərçivəsində dəstəkləyən yeni siyasi komitəyə ayda təxminən 45 milyon dollar verməyi planlaşdırır.
TurkicWorld-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən bildirib.
Məlumata əsasən, iyun ayında yaradılmış "Amerika PAC" adında komitənin məqsədi seçiciləri qeydiyyata almaq, onları erkən səs verməyə inandırmaq və dalğalanan ştatlarda poçtla göndərilən seçki bülletenlərini tələb etməkdir.
Bu işin görülməsi üçün komitənin yüzlərlə insanı işə götürdüyü qeyd edilib.