Son dəqiqə

Donald Tramp

Trampın mitinqində atışma nəticəsində bir nəfər ölüb

Bakı. TurkicWorld:

ABŞ-nin keçmiş prezidenti Donald Trampın mitinqində açılan atəş nəticəsində 50 yaşlı kişi ölüb.

TurkicWorld-un məlumatına görə, bu barədə Pensilvaniya ştatının qubernatoru Coş Şapiro bildirib.

Onun sözlərinə görə, ölən şəxs “ailəsini qorumağa” çalışıb.

C.Şapiro həmçinin Amerika hakimiyyətini siyasi müzakirələrin dərəcəsini aşağı salmağa və nifrət dolu ritorikadan uzaq olmağa çağırıb

Mövzuya görə xəbərlər