Bakı, TurkicWorld
NATO Asiya və Avropada təhlükəsizlik narahatlıqları fonunda Yaponiya ilə birgə təlimlərin artırılmasının tərəfdarıdır.
TurkicWorld -in məlumatına görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq "Kyodo" agetliyinə müsahibəsində bildirib.
"Yaponiya ilə əməkdaşlığın əhəmiyyəti daha da artıb. Biz kiçik təlimlər keçiririk, lakin biz onları genişləndirmək və Yaponiya ilə daha çox təlim kəçirmək istərdik", - deyə o bildiirb.
Onun sözlərinə görə, söhbət o cümlədən dəniz və hava təlimlərindən, həmçinin kibertəhlükəsizlik sahəsində birgə təlimlərdən gedir.