Bakı, TurkicWorld
Gürcüstanın Avropa İttifaqına qoşulması prosesi dayandırılıb.
TurkicWorld Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinskiy deyib.
Onun sözlərinə görə, ölkənin hazırkı rəhbərliyinin niyyəti Aİ liderləri üçün aydın deyil:
"Xarici təsirin şəffaflığı haqqında" qanun 9 bənd üzrə nailiyyətləri geri atır. Bununla yanaşı, Qərb, Avropa əleyhinə ritorika Avropa İttifaqına vəyan edilən üzvlük məqsədi ilə tamamilə uyğun gəlmir".
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" Qanunu üçüncü oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Bu qanun ölkədə vətəndaşların, eləcə də Aİ-nin tənqidlərinə səbəb olub.