Bakı. TurkicWorld:
Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Kiyev üçün silah alışına Macarıstanın veto qoymasından yan keçəcək mexanizm hazırlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə "Financial Times" qəzetinə müsahibəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel bildirib.
Onun sözlərinə görə, vetodan yan keçmə mexanizmi hər hansı hüquqi qərar kimi mürəkkəb, lakin işlək olacaq.
Nəşrin məlumatına görə, Aİ xarici işlər nazirləri bu sxemi iyunun 24-də keçiriləcək iclasda müzakirə edəcəklər.