Son dəqiqə

Qırğızıstan qəza

Qırğızıstanda ağır yol qəzası olub, ölən var

Bakı. TurkicWorld :

Qırğızıstanda avtomobilin gölə düşməsi nəticəsində 4-9 yaş arası 6 uşaq ölüb.

TurkicWorld xəbər verir ki, bu barədə ölkənin Çuy vilayətinin Daxili İşlər İdarəsindən məlumat verilib.

"Çuy vilayətinin Jiyıl rayonunda, Altın kəndi yaxınlığında içərisində 8-i uşaq olmaqla 11 nəfərin olduğu "Volkswagen" markalı avtomobil gölə düşüb", - idarənin nümayəndəsi bildirib.

İlkin məlumata görə, sürücü idarəetməni itirib.

Faktla bağlı araşdırma aparılır.

Mövzuya görə xəbərlər