Bakı. TurkicWorld:
HƏMAS-ın atəşkəslə bağlı reaksiyasını qiymətləndiririk.
TurkicWorld xəbər verir ki, bu barədə Ağ Evin MIlli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi bildirib.
Kirbi, Qətər və Misir üzərindən atəşkəslə bağlı HƏMAS-dan cavab aldıqlarını və bundan məmnun olduqlarını qeyd edib.
“Hazırda HƏMAS-ın cavabını qiymətləndiririk.” – deyə o bildirib.
Con Kirbi HƏMAS-ın cavabının qiymətləndirilməsindən sonra bu proses nəticəsində atəşkəsə nail olmağı ümid etdiklərini vurğulayıb.
Tasnem Ismukhan