Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan İspaniya

Ərdoğan İspaniyaya getməyə hazırlaşır

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12-13 iyun tarixlərində İspaniyaya səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, səfər 8-ci Türkiyə-İspaniya Hökumətlərarası Zirvə Toplantısı çərçivəsində baş tutacaq.

Qeyd olunub ki, İspaniyanın paytaxtı Madriddə Rəcəb Tayyib Ərdoğan və İspaniyanın baş naziri Pedro Sançesin iştirakı ilə "İspaniya-Türkiyə İş Forumu"nun keçirilməsi planlaşdırılır.

Forum çərçivəsində maliyyə, "yaşıl" transformasiya, enerji, infrastruktur və nəqliyyat sahələrində keçiriləcək panellərdə iki ölkə arasında ticari əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Mövzuya görə xəbərlər