Bakı. TurkicWorld:
ABŞ prezidenti Co Bayden hərbi yardımın gecikməsinə görə Ukrayna prezidenti Volodimir Zelenskidən üzr istəyib.
TurkicWorld xəbər verir ki, Bayden bu barədə Parisdə Zelenski ilə görüşdə deyib.
Onun sözlərinə görə, yardımın gecikməsinə qanun layihəsinin qəbulu ilə bağlı problem səbəb olub.
"Biz hələ də tamamilə və hərtəfəli olaraq sizin yanınızdayıq", - ABŞ prezidenti deyib.
Qeyd edək ki, Co Bayden bugünkü görüşdə ABŞ-nin Ukraynaya 225 milyon dollarlıq hərbi yardım paketi ayıracağını bəyan edib.