Bakı.TurkicWorld :
ABŞ Dövlət Departamenti onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına qarşı viza sanksiyaları tətbiq edib.
TurkicWorld-in məlumatına görə, bu barədə brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
Onun sözlərinə görə, Vaşinqton ölkədə qəbul edilən "xarici agentlər" haqqında qanunla bağlı əlavə tədbirlər görməyə hazırdır:
"Viza məhdudiyyətlərinin bu ilk siyahısına “Gürcü arzusu” partiyasının üzvləri, parlament üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sıravi vətəndaşlar daxildir. Biz ümid edirik ki, Gürcüstan liderləri öz fəaliyyətinə yenidən baxacaqlar və ölkələrinin uzun müddətdir bəyan etdikləri demokratik və Avro-Atlantik istəklərinə nail olmaq üçün addımlar atacaqlar. Lakin onlar bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır".
M.Miller əlavə edib ki, ABŞ əlavə sanksiyalar tətbiq etməyə və bütün digər zəruri addımları atmağa hazırdır