Son dəqiqə

Fransa ABŞ Ukrayna Vladimir Zelenski Co Bayden

Fransada Bayden və Zelenskinin görüşü keçiriləcək

Bakı. TurkicWorld:

ABŞ Prezidenti Co Bayden iyunun 7-də Fransada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.

TurkicWorld -in məlumatına görə, bu barədə Ağ Evdən bildirib.

Bayden Normandiyada desantının 80 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak etmək üçün Fransada səfərdədir.

ABŞ lideri Zelenski ilə Parisdəki "InterContinental Paris Le Grand Hotel"də görüşəcəklər.

6 iyun 1944-cü ildə Britaniya, ABŞ və Kanada hərbi birləşmələri Normandiya sahillərinə çıxmaqla Fransa ərazisinə girmiş oldular.

Bu, şimal-qərbi Fransanın müttəfiqlər tərəfindən ələ keçirilməsini nəzərdə tutan strateji "Overlod" əməliyyatının birinci mərhələsiydi.

Mövzuya görə xəbərlər