Son dəqiqə

Pakistan İmran xan

Məhkəmə İmran Xana bəraət verdi

Bakı. TurkicWorld:

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş nazir İmran xana və keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşiyə dövlət sirrinin açıqlanması ilə bağlı ittiham üzrə bəraət verib.

TurkicWorld xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb.

"Xan və Qureyşi digər ittihamlar üzrə nəzarət saxlanılmadıqları təqdirdə dərhal sərbəst buraxılmalıdır", - məhkəmənin qərarında deyilir.

Xatırladaq ki, İmran Xan bu yaxında korrupsiya və çirkli pulların yuyulması ilə bağlı ittiham üzrə zaminə buraxılsa da, dövlət sirri haqqında qanunu və islami nikah normalarını pozduğuna görə həbsxanada saxlanılmışdı.

Mövzuya görə xəbərlər