Bakı, TurkicWorld:
Vyetnam Milli Assambleyasında keçirilən səsvermə nəticəsində ictimai təhlükəsizlik naziri To Lam yeni prezident seçilib.
TurkicWorld xəbər verir ki, Lam öz vəzifəsinə sadiq qalacağını və üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini bildirib.
Vyetnamda Prezidentlik Vyetnam Kommunist Partiyasının Baş Katibindən sonra ölkədə ikinci ən yüksək vəzifədir.
Qeyd edək ki, Vyetnamın keçmiş prezidenti Vo Van Thuonq mart ayında tutduğu vəzifədən istefa verib.