Son dəqiqə

Mərakeş

Mərakeş öz təyyarəsini istehsal etməyi planlayır

Bakı. TurkicWorld:

Mərakeş öz təyyarəsini istehsal etməyi planlayır.

TurkicWorld xəbər verir ki, bu haqda Mərakeşin ticarət və sənaye naziri Riad Mazur bildirib.

O qeyd edib ki, bölgənin ən güclü dövlətlərindən biri olan Mərakeş tamamilə yerli olan ilk təyyarənin istehsalı üçün çox intensiv işləyir.

Mazur bildirib ki, aviasiya sektoru son illərdə böyük inkişaf yolu keçib, Mərakeş mülki təyyarələr üçün komponentlərin yığıldığı dünyanın ən yaxşı 20 ölkəsindən birinə çevrilib.

“Qloballaşma dövründə 100 faiz öz milli təyyarəsini istehsal edən ölkə yoxdur. Bu gün yerli təyyarə adə altında dünyaya sərgilənən təyyarələr isə, müxtəlif ölkələrdə istehsal edilən komponentlərin bir ölkədə yığılmasıdır. Mərakeşdə isə hər şey yerli olacaq”, -deyə o bildirib.

Qeyd edək ki, bu ilin əvvəlində yerli avtomobilin istehsalına başlayıb.

Mövzuya görə xəbərlər