Bakı, TurkicWorld
Avropa İttifaqı bazar ertəsi Lüksemburqda Əməkdaşlıq Şurası ilə regional təhlükəsizlik üzrə yüksək səviyyəli forumun açılışı zamanı Körfəz ölkələrinin vətəndaşlarına çoxdəfəlik giriş vizası verilməsi barədə qərar qəbul edildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bu qərarı alqışlayıb.
“Mən Körfəz Əməkdaşlıq Şurası ölkələrinə çoxdəfəlik vizaların verilməsi qaydalarını uyğunlaşdırmaq üçün Avropa Komissiyasının bu səhər qəbul etdiyi qərarı alqışlayıram”, – deyə o bildirib.
Fransanın Ər-Riyaddakı səfiri Lüdvik Buy “X” sosial media platformasındakı hesabında “İndi Səudiyyə Ərəbistanı vətəndaşları ilk müraciətləri əsasında beş il müddətinə “Şengen” vizaları ala biləcəklər”, – deyə bildirib.