Almaniyada avtobus yoldan çıxaraq aşıb

Almaniyada avtobus yoldan çıxaraq aşıb

Bakı. TurkicWorld:

Almaniyada naməlum səbəbdən ikimərtəbəli avtobus yoldan çıxaraq aşıb.

TurkicWorld xəbər verir ki, qəza nəticəsində 14-15 yaşlı azı 27 məktəbli xəsarət alıb.

Hadisə Almaniyanın qərbindəki Zauerland bölgəsində A45 avtomobil yolunda baş verib.

Avtobusda orta məktəb şagirdləri və müəllimləri var idi. Onlar Böyük Britaniyaya gedirmişlər.