Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Bakı. TurkicWorld:

Rusiya ordusuna məxsus "Tu-22M3" model bombardmançı təyyarə Stavropol vilayətində qəzaya uğrayıb.

TurkicWorld xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, təyyarə döyüş tapşırığını yerinə yetirdikdən sonra hərbi hava bazasına qayıdarkən qəza baş verib.

Dörd nəfərlik ekipajdan üç pilotun xilas edildiyi, onlardan birinin axtarışlarının davam etdiyi bildirilib.

İlkin məlumatlara görə, qəzaya səbəb texniki nasazlıq olub.