Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb, ölənlər var

Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb, ölənlər var

Bakı. TurkicWorld:

Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 12-də saat 15:25 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan "Ural" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

İlkin məlumata görə, 4 nəfər ölüb, yaralılar var.