Ermənistanda ağır cinayətlərin sayı artıb

Ermənistanda ağır cinayətlərin sayı artıb

Bakı. TurkicWorld:

2023-cü ildə Ermənistanda ağır cinayətlərin sayı 2022-ci illə müqayisədə 90,7 faiz artaraq 798 fakt təşkil edib. Cinayətlərin sayının kəskin artması qanunvericilikdəki dəyişikliklərlə bağlıdır.

TurkicWorld erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin aprelin 12-də keçirilən iclasında söyləyib.

Onun sözlərinə görə, əvvəllər ölkədə törədilən cinayətlərlə bağlı konkret siqnal olmadığı üçün cinayət işi açılmırdı. İndi isə hər bir cinayət əməlinə görə, iş açılır və cinayət işi başlanılır. İndi məlum olur ki, xüsusilə ağır cinayətlərin sayı kəskin artıb.

Xatırladaq ki, 2023-cü ildə Ermənistanda xüsusilə ağır cinayətlərin sayı 798 və ya 90,7 faiz artaraq 1678 olub. Bu cinayətlərin üstünün açılması faizi isə çox aşağıdır.