Lufthansa aviaşirkəti Tehrana uçuşları dayandırıb

Lufthansa aviaşirkəti Tehrana uçuşları dayandırıb

Bakı, TurkicWorld:

Almaniyanın “Lufthansa” aviaşirkəti Yaxın Şərqdəki mövcud vəziyyətə görə aprelin 11-dək İranın paytaxtı Tehrana və Tehrandan planlaşdırılan uçuşları təhlükəsizlik səbəbi ilə dayandırıb.

TurkicWorld xəbər verir ki, bu barədə Alman mətbuatı məlumat yayıb.

"Qonaqlarımızın və ekipajımızın təhlükəsizliyi Lufthansa üçün birinci prioritetdir", - deyə aviaşirkətin sözçüsü bildirib.

Qeyd edək ki, İsrailin F-35 təyyarələri İranın Suriyadakı konsulluğunu altı raketlə vurub. İranın paytaxt Dəməşqdəki səfirliyinin binasında yerləşən diplomatik nümayəndəlikdə olan yeddi nəfər həlak olub.

Ölənlər arasında İran İnqilabı Keşikçiləri Korpusunun iki yüksək rütbəli komandiri də var.

X: Lamanasadli01