İspaniya "Qızıl viza" tətbiqini dayandırır

İspaniya "Qızıl viza" tətbiqini dayandırır

Bakı. TurkicWorld:

İspaniya 2013-cü ildən qüvvədə olan və xaricilərə ev aldıqları və ya sərmayə qoymaları halında müvəqqəti və ya daimi yaşayış icazəsi verilməsini nəzərdə tutan “Qızıl viza” tətbiqini ləğv edir.

TurkicWorld xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes açıqlayıb.

Qeyd edək ki, 2013-cü ildə yaşadığı iqtisadi böhran səbəbiylə xarici sərmayəçilərin rahatlıqla yaşayış icazəsi ala bilməsini təmin edən İspaniya "Qızıl Viza" tətbiqinə keçib. İspaniyada “Qızıl viza”dan yararlananların 96 faizi bunu daşınmaz əmlak alaraq həyata keçirib, bundan faydalanan xarici vətəndaşların siyahısına baxdıqda Çin, Rusiya, İran, ABŞ və Venesuela ilk beşlikdə yer alıb.

X: Lamanasadli01