Son dəqiqə

Ukrayna Latviya

Latviya istehsal etdiyi dronların ilk partiyasını yaxın zamanda Ukraynaya göndərəcək

Bakı. TurkicWorld:

Latviya istehsal etdiyi 1 milyon avro dəyərində dronların ilk partiyasını yaxın zamanda Ukraynaya göndərməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, bu barədə Latviyanın baş naziri Evika Silinya ukraynalı həmkarı Denis Şmıqal ilə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Latviya dronlarla yanaşı, onların idarə olunması üçün təlimatçılar da göndərə bilər.

Silinya Latviya istehsalı olan dronların artıq ukraynalılar tərəfindən yoxlamadan keçirildiyini və döyüş meydanında effektivliyinin sübut olunduğunu qeyd edib.

Bundan başqa, baş nazir Latviyanın 2024-cü ildə Ukraynaya dron tədarükü üçün 9 milyon avro ayırmağı planlaşdırdığını əlavə edib.

Mövzuya görə xəbərlər