Amerika və Avropa birlikdə daha güclüdür – Stoltenberq

Amerika və Avropa birlikdə daha güclüdür – Stoltenberq

Bakı,TurkicWorld

Amerika və Avropa birlikdə daha güclüdür,

TurkicWorld xəbər verir ki bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq alyansın yaranmasının 75-ci ildönümünə həsr olunmuş tədbi zamanı deyib.

Amerikanın NATO-ya bağlılığı ilə bağlı Avropada artan narahatlıqdan danışan Stoltenberq deyib: “Mən Amerika və Avropaya inanıram, çünki biz birlikdə daha güclü və təhlükəsizik”.

NATO 1949-cu ildə ABŞ, Böyük Britaniya, Kanada və Fransa da daxil olmaqla 12 ölkə tərəfindən yaradılıb.Məqsədi Sovet İttifaqına qarşı blok yaratmaq idi.

NATO-nun öz ordusu yoxdur, lakin üzv ölkələr böhranlara cavab olaraq kollektiv hərbi əməliyyatlar həyata keçirə bilər.

Üzv ölkələr də birgə hərbi təlimlər təşkil edirlər.