Almaniyada İkinci Dünya Müharibəsi zamanı partlamamış nəhəng bomba tapılıb

Almaniyada İkinci Dünya Müharibəsi zamanı partlamamış nəhəng bomba tapılıb

Bakı, TurkicWorld:

Almaniyanın Köln şəhərində yerləşən Reyn çayında İkinci Dünya Müharibəsi zamanı partlamamış 500 kiloqramlıq bomba tapılıb.

TurkicWorld xəbər verir ki, partlayıcı Deutzdakı Kennedi sahili yaxınlığında gəmi kanalının tikintisi zamanı tapılıb və gəmilərin evakuasiyasına səbəb olub.

Düsseldorf hökuməti həmin ərazini 500 metr radiusda təhlükəli zona təyin edib.

Qeyd edək ki, Köln şəhəri İkinci Dünya Müharibəsi zamanı 200-dən çox bombardmana məruz qalıb və o vaxtdan bəri onilliklər ərzində çoxlu partlamamış sursat aşkar edilib.

X: Lamanasadli01