Çində ticarət mərkəzinin döşəməsi çöküb: 2 nəfər yaralanıb

Çində ticarət mərkəzinin döşəməsi çöküb: 2 nəfər yaralanıb

Bakı. TurkicWorld:

Çinin Jiangsu əyalətində ticarət mərkəzinin döşəməsinin qəfil çökməsi nəticəsində iki nəfər xəsarət alıb.

TurkicWorld xəbər verir ki, aşağı mərtəbədə işləyən qadın və inşaat işçisi dağıntılar altında qalaraq yaralanıb.

Ticarət mərkəzinin rəhbərliyindən verilən açıqlamada yüngül xəsarət alan müştəri və işçinin xəstəxanaya aparıldığı bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

X: Lamanasadli01