Son dəqiqə

Ermənistan Kreml

Ermənistanda “Mir” kartlarının istifadəsinin dayandırılmasına Kremldən reaksiya

Bakı. TurkicWorld:

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda Rusiyanın "Mir" kartlarının istifadəsinin dayandırılmasına münasibət bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Onun sözlərinə görə, Moskva dəfələrlə bir çox ölkələrin ABŞ tərəfindən təzyiqlərə məruz qaldığını bildirib.

"Biz erməni dostlarımızla birlikdə amerikalılar tərəfindən bu görülməmiş təzyiqin verdiyi zərərin müzakirəsi və kompensasiyasının yollarını axtarmağa davam edirik", - deyə Kreml nümayəndəsi əlavə edib.

Xatırladaq ki, martın 30-dan Ermənistanda "Armenian Card" (ArCa) ödəniş sisteminin iştirakçısı olan bankların əksəriyyəti Rusiyanın "Mir" kartlarına xidmət göstərməyi dayandırıb.

Mövzuya görə xəbərlər