ABŞ silahlı qüvvələrinin Nigerdən çıxarılması planı təqdim edilib

ABŞ silahlı qüvvələrinin Nigerdən çıxarılması planı təqdim edilib

Bakı, TurkicWorld:

Martın 27-də ABŞ Hərbi Şuraya silahlı qüvvələrinin Niger ərazisindən çıxarılması üçün planını təqdim edib.

TurkicWorld xəbər verir ki, bu barədə Niger Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, ABŞ qüvvələrinin çıxarılması məsələsi daxili işlər naziri Muhammada Tumba və ABŞ-ın Nigerdəki səfiri Kathleen Fitzgibbon ilə görüş zamanı müzakirə edilib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Nigerin bəyanatını şərh etməkdən imtina edib və Amerika silahlı qüvvələrinin statusunun hazırda dəyişməz qaldığını vurğulayıb.