Rusiyada baş verən terror aktından zərərçəkənlər üçün 1.2 milyard rubldan çox vəsait toplanıb

Rusiyada baş verən terror aktından zərərçəkənlər üçün 1.2 milyard rubldan çox vəsait toplanıb

Bakı, TurkicWorld:

Rusiya Qırmızı Xaç Cəmiyyəti Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilən terror aktı zamanı həlak olanların və yaralananların ailələrinə yardım üçün 1,2 milyard rubldan çox vəsait toplayıb.

TurkicWorld xəbər verir ki, terror aktı nəticəsində valideynlərindən birini və ya hər ikisini itirmiş uşaqlara, müalicəsi davam edən və maddi yardıma ehtiyacı olan zərərçəkənlərə dəstək göstəriləcək.

“İlk 33 ailənin hamısına maddi yardım göstərilib”, - deyə Rusiya Qırmızı Xaç Cəmiyyəti bildirib.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan terroristlər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun konsertindən öncə baş verib. Nəticədə 143 nəfər həyatını itirib.