Ermənistan hazırda Aİ-yə üzvlük üçün müraciət etməyi nəzərdən keçirmir - Simonyan

Ermənistan hazırda Aİ-yə üzvlük üçün müraciət etməyi nəzərdən keçirmir - Simonyan

Bakı. TurkicWorld:

Ermənistan hazırda Avropa İttifaqına üzvlük üçün müraciət etməyi nəzərdən keçirmir.

TurkicWorld erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.

Onun sözlərinə görə, Aİ-yə üzvlük üçün müraciət etməzdən əvvəl ölkədə bir çox standartları dəyişdirmək lazımdır.

"Hətta biz müraciət etsək belə, məsələ bunun nə qədər çəkəcəyindədir", - o deyib.

Xatırladaq ki, bu ayın əvvəlində erməni KİV yaxın günlərdə Ermənistanın Aİ üzvlüyünə namizəd olmaq üçün müraciət edəcəyini yazıb.

Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvlərinə qərar qəbul etdiyini və yaxın günlərdə, maksimum ay ərzində ölkənin Aİ üzvlüyünə namizəd olmaq üçün müraciət edəcəyini bildirib.