"Crocus City Hall"da törədilən terror aktında zərərçəkənlərin sayı 360-a çatıb

"Crocus City Hall"da törədilən terror aktında zərərçəkənlərin sayı 360-a çatıb

Bakı, TurkicWorld:

"Crocus City Hall"da törədilən terror aktında zərərçəkənlərin sayı 182-dən 360 nəfərə çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan 11-i uşaqdır.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan terroristlər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.