Rusiya Dövlət Dumasının vitse-spikeri fransız hərbçiləri hədələdi

Rusiya Dövlət Dumasının vitse-spikeri fransız hərbçiləri hədələdi

Bakı. TurkicWorld:

Rusiya hərbçiləri Fransanın Ukraynaya göndərə biləcəyi bütün fransalı hərbçiləri məhv edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy "BFMTV" telekanalına müsahibəsində deyib.

"Biz Ukrayna torpağına gələcək bütün fransalı əsgərləri öldürəcəyik", - o deyib.

Bundan başqa, Tolstoy Fransanı 3-cü Dünya Müharibəsinə zəmin yaratmaqda ittiham edib.

"Siz, əsgərlərlə Odessaya gəlmək istəyən fransalılar, 3-cü Dünya Müharibəsinə səbəb olacaqsınız", - deyə o əlavə edib.

Xatırladaq ki, bu yaxınlarda Fransa prezidenti Aİ ölkələri tərəfindən Ukraynaya hərbçilərin göndərilməsi ehtimalını istisna etməyib.

Martın 4-də Çexiyanın "Novinky" portalına və "Právo" qəzetinə müsahibəsində isə Makron Fransanın Ukraynaya yaxın gələcəkdə hərbçi göndərməyi planlaşdırmadığını deyib.