Yaponiyada kimyəvi maddələr daşıyan tanker çevrilib - Ekipaj üzvləri axtarılır

Yaponiyada kimyəvi maddələr daşıyan tanker çevrilib - Ekipaj üzvləri axtarılır

Bakı. TurkicWorld:

Yaponiyanın qərb sahillərində Cənubi Koreya bayrağı altında kimyəvi maddələr daşıyan tanker çevrilib.

TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı yük gəmisində 8 İndoneziya, 2 Cənubi Koreya və 1 Çin vətəndaşı olmaqla ümumilikdə 11 ekipaj üzvü olub. Onlardan altısı xilas edilib.

Digər 5 nəfərin isə axtarışları davam edir.