SpaceX kosmosa 22 Starlink peyki göndərib

SpaceX kosmosa 22 Starlink peyki göndərib

Bakı, TurkicWorld:

ABŞ-ın kosmik gəmi və raket istehsalçısı SpaceX kosmosa 22 peyk göndərib.

TurkicWorld xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələri bazasında Falcon 9 raketi orbitə çıxarılıb.

SpaceX, Starlink layihəsi çərçivəsində dünya miqyasında internetə çıxış təmin etməyi hədəfləyir.

Qeyd edək ki, Starlink layihəsi çərçivəsində Falcon 9-un daşıdığı 22 peyk orbitə çıxarılıb.