NATO Avropada ən böyük hərbi bazasını tikir

NATO Avropada ən böyük hərbi bazasını tikir

Bakı. TurkicWorld:

Rumıniyada NATO-nun ən böyük hərbi bazasının tikintisi başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Bazanın NATO-nun Rumıniyanın cənub-şərqindəki aviabazasının genişləndirilməsi hesabına yaradılacağı qeyd olunub. Rumıniya hökuməti bu məqsədlə 2,5 milyard avro vəsait ayırıb.

"2,5 milyard avro dəyərində layihəyə uçuş-eniş zolaqları, silah platformaları, hərbi təyyarələr üçün anqarlar, eləcə də məktəblər, uşaq bağçaları, mağazalar və hətta xəstəxana da daxildir", - məlumatda qeyd olunub.

Genişləndiriləndən sonra bazanın sahəsinin 2,8 min hektar olacağı bildirilir.