Müttəfiqlər Ukraynaya dəstəyi artırmalıdır - NATO

Müttəfiqlər Ukraynaya dəstəyi artırmalıdır - NATO

Bakı. TurkicWorld:

Müttəfiqlər Ukraynaya dəstəyi artırmalıdır.

TurkicWorld xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısının ikinci gün iclaslarının sonunda jurnalistlərə açıqlama verib.

O qeyd edib ki, Alyans Ukraynada davam edən müharibənin tərəfi deyil və olmayacaq.

Stoltenberq bildirib ki, 75 illiyini qeyd edən NATO "tarixin ən güclü və ən uğurlu ittifaqıdır".

“NATO-nun etdiyi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq “özünümüdafiə hüququndan” istifadə edərək Ukraynaya dəstək verməkdir.” – deyə o qeyd edib.

Hafiz Rufizoğlu