NATO XİN rəhbərlərinin qeyri-rəsmi iclası Türkiyədə keçiriləcək

NATO XİN rəhbərlərinin qeyri-rəsmi iclası Türkiyədə keçiriləcək

Bakı. TurkicWorld:

2025-ci ildə NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası Türkiyədə keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan açıqlayıb.

Bundan əlavə, NATO-nun baş katibi vəzifəsinə namizəd olan Hollandiyanın keçmiş baş naziri Mark Rutte yaxın vaxtlarda Türkiyəyə səfər edəcək.

Qeyd edək ki, NATO Xarici İşlər Nazirlərinin iclası aprelin 3-4-də alyansın Brüsseldəki mənzil-qərargahında keçirilib. İclasda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edib.

X: Lamanasadli01