Son dəqiqə

Fələstin İsrail Somali

Fələstin xalqına qarşı qətliam dayandırılmalıdır - Somali naziri

Bakı. TurkicWorld:

Fələstin xalqına qarşı edilənlər insanlıqdan kənardır. Fələstin xalqına qarşı qətliam dayandırılmalıdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Somalinin İnformasiya, Mədəniyyət və Turizm naziri Cama deyib.

"Bu qətliam oktyabr ayından bəri heç bir müdaxilə olmadan davam edir. Bu gün bizi bura gətirən əsas mövzu Fələstin xalqına edilənləri xəbər verərkən medianın dezinformasiyasını pisləməkdir. Bütün beynəlxalq ictimaiyyəti insanlığa hörmət etməyə və Fələstin xalqının hüquqlarını qorumağa dəvət edirəm. Biz Fələstin xalqının azad yaşamasını istəyirik. 1967-ci il sərhədləri əsasında Fələstin dövlətinin yaradılmasına çağırırıq. Beləliklə, uzun müddətdir ifadə etdiyimiz iki dövlətli həll yoluna sahib ola bilərik. Düşünürəm ki, Fələstin xalqının problemlərinin yeganə həlli öz dövlətini qurmaqdır”,- deyə nazir bildirib.

Cama bəyan edib ki, beynəlxalq ictimaiyyət Qəzzada baş verənlərdən xəbərdar olmalı və “bəsdir” deməlidir.

"Oktyabr ayından insanlar əziyyət çəkir. İnsanların evləri tamamilə dağılıb. Minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Minlərlə ailə həlak olub. Ona görə də bu qeyri-insani vəziyyətə son qoyulmasını istəyirik",- deyə o qeyd edib.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Mövzuya görə xəbərlər