Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Bakı. TurkicWorld:

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısına 50 şəxsi əlavə edib.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi London “Ural dağ-metalurgiya” və “Alrosa” şirkətinin rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib.

Sanksiya siyahısına “Novatek” şirkətinin rəhbərliyi də daxil edilib.