Son dəqiqə

Türkiyə Somali

Somali Türkiyə ilə imzalanan müdafiə sahəsində əməkdaşlıq müqaviləsini ratifikasiya edib

Bakı. TurkicWorld:

Nazirlər Kabineti Türkiyə ilə müdafiə sahəsində əməkdaşlıq sahəsində imzalanan sazişi təsdiqləyib.

TurkicWorld-un məlumatına görə, bu barədə Somalinin informasiya naziri Daud Aweis məlumat verib.

"Nazirlər Kabineti NATO üzvü və Somalinin yaxın müttəfiqi olan Türkiyə ilə imzalanan müdafiə sahəsində əməkdaşlıq müqaviləsini təsdiqlədi. Bu 10 illik müqavilə, Somali hökumətinin öz suverenliyini qoruma səylərini əhəmiyyətli dərəcədə gücləndirəcək",- deyə o bildirib.

Qeyd edək ki, fevralın 8-də Türkiyə ilə Somali arasında müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edən Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Sazişi imzalanıb. İqtisadi və siyasi problemlərin yaşandığı Somalidə Əl-Şəbab illərdir ölkədə təhlükəsizlik problemi yaratmağa davam edir.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər