NATO üzvü olan ölkələr son on ildə hərbi xərclərini 600 milyard dollar artırıb

NATO üzvü olan ölkələr son on ildə hərbi xərclərini 600 milyard dollar artırıb

Bakı. TurkicWorld:

NATO üzvü olan Avropa ölkələri və Kanada son on ildə hərbi xərclərini 600 milyard dollar artırıb.

TurkicWorld xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Alyansa daxil olan Avropa ölkələri və Kanada 2014-cü ildən bəri hərbi xərclərini 600 milyard dollar artırıb. Ötən il biz rekord həcmdə - 11 faizlik artım müşahidə etmişik. Bu il 18 müttəfiqin hərbi xərclərinin ümumdaxili məhsullarının 2 faizinə çatacağını gözləyirik”, - deyə Yens Stoltenberq bildirib.