İsrail Fələstin torpaqlarını işğal etdiyi üçün Beynəlxalq Məhkəmədə mühakimə olunur

İsrail Fələstin torpaqlarını işğal etdiyi üçün Beynəlxalq Məhkəmədə mühakimə olunur

Bakı. TurkicWorld:

İsrail Fələstin torpaqlarını işğal etdiyi üçün Beynəlxalq Məhkəmədə mühakimə olunur.

TurkicWorld-un məlumatına görə, İsrail Qəzzada insanlığa qarşı törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməyə davam edir. Bu dəfə Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının tələb etdiyi “məsləhətçi rəy dinləməsi” üçün toplanıb.

Dinləmələrdə Türkiyə də daxil olmaqla 52 dövlət və 3 beynəlxalq təşkilat şifahi bəyanatla çıxış edəcək.

Hollandiyanın Haaqa şəhərində Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) məşvərət rəyi ilə bağlı İsrailin işğal olunmuş Fələstin torpaqlarında tətbiq etdiyi təcrübələrin hüquqi nəticələrini müzakirə edəcək dinləmələr Fələstin nümayəndə heyətinin təqdimatı ilə başlayıb.

Fələstin nümayəndə heyətinə xarici işlər naziri Riyad əl-Maliki başçılıq edib.

Beynəlxalq Ədalət Məhkəməsində çıxış edən Fələstin naziri Maliki deyib:

"Qəzzada törədilən soyqırım onilliklər boyu davam edən cəzasızlığın nəticəsidir. Bu, İsrailin cəzasızlığına son qoymaq üçün hüquqi öhdəlikdir".

Qeyd edək ki, ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 28 min 985-ə yüksəlib.