HƏMAS Qəzzada atəşkəs razılaşması ilə bağlı İsraildən cavab alıb

HƏMAS Qəzzada atəşkəs razılaşması ilə bağlı İsraildən cavab alıb

Bakı. TurkicWorld:

HƏMAS aprelin 13-də Misir və Qətərə çatdırdığı məhbus mübadiləsi və atəşkəs razılaşması ilə bağlı mövqeyinə dair İsrailin rəsmi cavabını aldığını açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Həmas Siyasi Büro üzvü Xəlil əl-Hayye bildirib.

“Həmas Hərəkatı bu təklifi araşdıracaq və araşdırma başa çatdıqdan sonra öz cavabını (vasitəçilərə) təqdim edəcək”, - deyə o əlavə edib.

Xatırladaq ki, Hayye aprelin 24-də verdiyi açıqlamada İsraillə dolayı danışıqlarda çevik mövqe nümayiş etdirdiklərini, lakin Təl-Əviv rəhbərliyinin Qəzzaya qarşı müharibəni dayandırmaqdan imtina etdiyini və prosesi uzatdıqlarını bildirib.

Kəşfiyyat rəhbəri Abbas Kamilin başçılıq etdiyi Misir nümayəndə heyəti də bu gün İsrail və HƏMAS arasında əsir mübadiləsi danışıqlarını müzakirə etmək üçün İsrailə gedib.

Bildirilib ki, İsrail hökuməti Misir tərəfinə HƏMAS ilə əsir mübadiləsi danışıqlarına “son şans verməyə hazırdır” mesajını verib, lakin danışıqlarda irəliləyiş əldə olunmasa, Rəfahda qurudan hücuma keçəcək.