Daha iki Hizbullah üzvü öldürülüb

Daha iki Hizbullah üzvü öldürülüb

Bakı. TurkicWorld:

Hizbullah Livanın cənub sərhədində İsrail ordusu ilə toqquşmalarda daha iki üzvünün öldürüldüyünü açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Hizbullah yazılı açıqlama verib.

Məlumata əsasən, 2023-cü il oktyabrın 8-dən İsraillə qarşıdurmalarda həlak olan Hizbullah üzvlərinin sayı 287-yə yüksəlib.

Bundan əlavə, toqquşmalarda Livandan 56 mülki şəxs, 18 Əməl Hərəkatı, 13 Həmas, 12 İslami Cihad üzvü, yeddi mülki İsrail vətəndaşı və 12 əsgər həlak olub.