Belçika Fələstin dövlətini tanımaq üçün “uyğun vaxtı” gözləyir - Belçika XİN

Belçika Fələstin dövlətini tanımaq üçün “uyğun vaxtı” gözləyir - Belçika XİN

Bakı. TurkicWorld:

Belçika Fələstin dövlətini tanımaq üçün “uyğun vaxtı” gözləyir.

TurkicWorld-un məlumatına görə, bu barədə Belçikanın Xarici İşlər Naziri Hadja Lahbib deyib.

Lahbib, Aİ xarici işlər nazirləri toplantısından əvvəl mətbuata verdiyi açıqlamada Fələstin dövlətinin tanınması üçün Belçikada federal və regional hökumətlər arasında səylərin davam etdiyini bildirib.

Fələstinin tanınması üçün hökumətlər arasında razılaşma olduğu barədə məlumatı paylaşan Lahbib, "doğru zamanı gözlədiklərini" bildirib.

"Biz sadəcə simvolik olacaq hər hansı bir tanınmadan qaçmağa qərarlıyıq. Düşünürəm ki, fələstinlilərin gündəlik reallıqlarında heç bir fərq qoymayacaq simvolik bir tanınmadan daha çox şeyə ehtiyacı var",- deyə o bildirib.

İsrailin Rəfah bölgəsinə hücum planının bütün bölgə üçün "fəlakət" olacağını xəbərdar edən Lahbib, hücum planından qaçmaq lazım olduğunu bildirib.

Rafah bölgəsində təxminən 1,5 milyon fələstinlinin "gedəcək yeri olmadığını" qeyd edən Lahbib atəşkəsə çağırıb.

Qeyd edək ki, ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 28 min 985-ə yüksəlib.