Livanlı hakim Beynəlxalq Ədalət Məhkəməsinin yeni sədri seçilib

Livanlı hakim Beynəlxalq Ədalət Məhkəməsinin yeni sədri seçilib

Bakı. TurkicWorld:

Livanlı hakim Navaf Salam Beynəlxalq Ədalət Məhkəməsinin yeni sədri seçilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Beynəlxalq Ədalət Məhkəməsindən bildirilib.

Məlumat üçün qeyd edək ki, “Qəzza soyqırımı” işində çıxarılan bütün göstərişlərdə İsrailin lehinə səs verən Uqandalı hakim Culiya Sebutinde isə vitse-prezident seçilib.

Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb.

Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.

Hafiz Rufizoğlu