İsrailin hücumları Qəzzada su quyularının 70 faizini məhv edib

İsrailin hücumları Qəzzada su quyularının 70 faizini məhv edib

Bakı, TurkicWorld:

İsrailin hərbi hücumları Qəzzanın şimalında su quyularının 70 faizini və kanalizasiya nasoslarının 50 faizini sıradan çıxarıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qəzzanın Beyt Lahiya şəhərinin meri Alaa əl-Attar bildirib.

Bundan başqa, Qəzzada təmiz su, qidalanma, kanalizasiya və etibarlı tibbi xidmətin olmaması yoluxucu xəstəliklərin yayılmasına səbəb olur.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.