London Fələstin dövlətini tanımaq niyyətində deyil

London Fələstin dövlətini tanımaq niyyətində deyil

Bakı,TurkicWorld

TurkicWorld, AzerVoice-ə istinadan xəbər verir ki, Britaniya Qəzzada atəşkəs əldə edildikdən sonra İsrail və fələstinlilər arasında iki dövlətli həllə dair uzun illər davam edən danışıqların nəticəsini gözləmədən Fələstin dövlətini rəsmən tanıya bilər,

Həmas Qəzza zolağında qaldıqca heç bir tanınma ola bilməz.

Bunu Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Kemeron deyib.

O qeyd edib ki,hal hazırda Fələstinin dövlət kimi tanınması istiqamətində, İsrailin Fələstin liderləri ilə danışıqları davam edir
Kemeron hesab edir ki, Qəzzada döyüşlərdə “fasilə” aaolamlıdır və daimi və etibarlı atəşkəs əldə edilməlidir.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb.

Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.